Noutbukların tozdan təmizlənməsi
- Müəllif: Əliyev İsmayıl
- Oxunub: 340
Əziz müştərilərimiz, bildiyiniz kimi işlədilən bütün növ avadanlıqlar, bir müddəttən sonra, mühitə uyğun olaraq müəyyən səviyyədə tozlanır. Bu toz və çirk getdikcə böyüyərək avadanlığın işləmə qabiliyyətinə öz təsirini göstərir. Bu səbəbdən də müəyyən vaxt keçdikdən sonra avadanlığın öz iş fəaliyyəti zəifləyir və çevikliyi azalır. Xarakterik səbəblərdən biridə avadanlığın işlək vaxtı həddindən artıq olaraq qızması və sonradan sistemin donması ilə nəticələnir. Əziz müştərilər, bu səbəblərə görə, çalışın avadanlıqlarınız tez-tez tozdan təmizlədib, lazım olan istehlak materiallarını yenilədin. Bu məsuliyyətsizliyin ən pis nəticəsi isə, avadanlıqda olan "çiplərin" sıradan çıxmasıdır. Bununda xərci, avadanlığın qiymətinin yarısı deməkdir.
Yuxarıda tələb olunan qaydalara əməl edilmədikcə, avadanlıqda əmələ gələn nasazlıqlar aşağıdakılardan ibarətdir:
1. Avadanlıqdakı radiatorun üzərinə toz yığılaraq avadanlığın həddən artıq qızmasına səbəb olur.
2. Bu yüksək tempraturda işləyən radiatorun pəri tozun maneəçiliyi nəticəsində isti havanı çölə üfürə bilmir.
3. Bu zaman pərin özüdə istilik nəticəsində motorunda olan yağı quruyaraq, pərin normal işləməsinin qarşısını alır.
4. Yuxarıda göstərilən nasazlıqları aradan qaldırmadıqda, növbəti fəsadı avadanlığın zəif, yüklü və donaraq işləməsinə səbəb olur.
5. Ən son və böyük fəsadı isə, yaranan bu istilikdən, avadanlıqdakı çiplərin altındakı şarların əriməsinə səbəb olur və çip sıradan çıxır.
Bununda təmirinin xərcidə yuxarıda qeyd etdiyimiz kimi avadanlığın qiymətinin yarısı qədər olur. Buna görədə çalışın avadanlığınızın qədrini bilin və onun hər zaman rahat və çevik işləməsinə diqqət edin. Bu nasazlığı aradan qaldırılması üçün bizə müraciət edə bilərsiniz.
Bilirsinizmi?
Seçdiyiniz fraqmenti kopiya etmək üçün klaviaturada CTRL+C düyməsini basmaq lazımdır. CTRL+V düyməsiniz basdıqda isə kopiya etdiyiniz fraqmenti əlavə etmək olar.