Video montaj stolunun qurulması
- Müəllif: Əliyev İsmayıl
- Oxunub: 342
Hörmətli video sevənlər, əgər siz bu sahədə məsləhət və peşəkar xidmətə ehtiyac duyursunuzsa, onda biz sizə əsl tərəfdaş ola bilərik. Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələrimizlə sizlərə xidmət göstərməyə hər zaman hazırıq. Video redaktorların seçilməsi və bu proqram təminatında sizə öz tövsiyələrimizi verməyə hazırıq. Əgər ki, bu sahə sizin biznes xəttinizdisə, onda mütləq sizin bir peşəkar bir texniki dəstəyə ehtiyacınız var. Biz bu sahə üzrə hər bir çətinlikdə sizlərə öz məsləhət və təcrübəmizi təmannasız olaraq təklif edirik. Buyurun bizimlə əlaqə saxlayın.
Sərt (HDD) disklərin bərpası
- Müəllif: Əliyev İsmayıl
- Oxunub: 773
Servisimizdə proqram təminatı səbəbi ilə sıradan çıxmış sərt disklərin (HDD) bərpası və onun daxilində olan məlumatların geri qaytarılmasını təşkil edirik. Buna görə ilk növbədə avadanlıq diaqnostikadan keçirilir, əgər avadanlıq bərpaya uyursa, onda sonra müəyyən edilmiş və profesional qaydalarla sərt disk (HDD) təmirə yönləndirilir. Daxilində olan məlumatlar bərpa edilərək, sahibinə təhvil verilir. Avadanlığın bərpasından sonra, əldə edilmiş nəticələrə əsaslanaraq, bir qism bərpa edilmiş sərt disklərə müəyyən müddətə servisimiz tərəfindən zəmanət də verilir.
Cəryan bloklarının təmiri
- Müəllif: Əliyev İsmayıl
- Oxunub: 299
Servisimizdə noutbuk, planşet, stolüstü və mobil telefonların cəryan blokunun təmiri də təşkil edilir. Həmçinin bu cəryan bloklarının sıradan çıxmış kabellərinin də yenilənməsini həyata keçiririk. Bildiyimiz kimi orjinal olan cəryan blokları hər zaman baha olub və olacaqdır. Bu səbəbdən də hər zaman yenisi almaq bizim üçün çətin olur. Ona görədə bu cəryan bloklarını təmir etdirmək məqsədəuyğundur. Servisimizdə təmir peşəkar və keyfiyyətli şəkildə aparılaraq hər növ cəryan bloklarının təmirini edirik.
Hər növ kartriclərin doldurulması
- Müəllif: Əliyev İsmayıl
- Oxunub: 352
Servisimizdə həmçinin hər növ kartriclərin doldurulması və ehtiyyat hissələrinin yenilənməsini təşkil edirik. Biz bu xidməti sizin ofis və xidmət etdiyiniz iş yerlərinizdə də həyata keçiririk. Bunun üçün sadəcə bizim əlaqə növlərindən sizə uyğun olan biri vasitəsilə bizimlə əlaqə saxlayıb, sifarişinizi verə bilərsiniz. Biz tez bir zamanda, sizin ofis və xidməti iş yerlərinizə gələrək lazım olan xidmətimi yerinə yetirərik İn Şə Allah.
Daha ətraflı ...
Noutbukların tozdan təmizlənməsi
- Müəllif: Əliyev İsmayıl
- Oxunub: 339
Əziz müştərilərimiz, bildiyiniz kimi işlədilən bütün növ avadanlıqlar, bir müddəttən sonra, mühitə uyğun olaraq müəyyən səviyyədə tozlanır. Bu toz və çirk getdikcə böyüyərək avadanlığın işləmə qabiliyyətinə öz təsirini göstərir. Bu səbəbdən də müəyyən vaxt keçdikdən sonra avadanlığın öz iş fəaliyyəti zəifləyir və çevikliyi azalır. Xarakterik səbəblərdən biridə avadanlığın işlək vaxtı həddindən artıq olaraq qızması və sonradan sistemin donması ilə nəticələnir. Əziz müştərilər, bu səbəblərə görə, çalışın avadanlıqlarınız tez-tez tozdan təmizlədib, lazım olan istehlak materiallarını yenilədin. Bu məsuliyyətsizliyin ən pis nəticəsi isə, avadanlıqda olan "çiplərin" sıradan çıxmasıdır. Bununda xərci, avadanlığın qiymətinin yarısı deməkdir.
Bilirsinizmi?
Faylları və qovluqları zibil qutusuna salmadan silmək üçün, fayl və ya qovluğu seçərək Shift+Delete düyməsini basmaq lazımdır. Bu zaman silinənlər zibil qutusuna düşmədən kompüterdən xaric olunur.