Zəng sifarişi

Bizə telefon nömrənizi göndərin

Zəng sifarişi

Təşəkkür edirik. Zəng sifarişiniz qəbul edildi.

Smartfonlara qulluq edilmə qaydaları

   Yeni nəsil smartfonlar az qala həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Bu cihazlar bizim həyatımızı ən vacib tələbləri yerinə yetirməyə, yorğun vaxtlarımızda istirahətimizə və yaşayışımızı zəmanənin tələbinə görə asanlaşdırmağa xidmət edir. Ancaq hər bir avadanlıq kimi mobil telefonlarımızda düzgün istifadə edilmədikdə, gözlədiyimiz vaxtdan da tez sıradan çıxa bilər. Telefonumuzun mümkün qədər uzunmüddətli və rahat işləməsi üçün müəyyən sadə qaydalara riayət etmək kifayət edər. Bunun üçün aşağıdakı məsləhətləri sizlərə təqdim edirik:

 

1. Üzlük

   Smartfonunuza üzlük seçərkən, çalışın suya və zərbəyə davamlı olan bir üzlük alasınız. Bu ona görədiki, telefonunuz suya düşərkən və ya zərbəyə məruz qaldıqda onu qoruya bilsin. Üzlüyün daxildən yumşaq, xaricdən isə sərt olması, cihazın əzilməsinin qarşısını alır.

2. Qoruyucu şüşə və ya film

   Qoruyucu şüşə və filmin sayəsində sizin telefonun ekarnı cızılmadan və zərbəyə məruz qaldıqda çatlama şansını miniuma endirir.

3. Metal olan maddələrdən uqaz tutulması

   Hər birimiz ani bir vaxtda tələsikdən və ya məsuliyyətsizlikdən irəli gələrək, telefonuzu açar və ya qəpik saxladığımız ciblərimizə qoyuruq. Bu zaman əgər telefonumuzda üzlük və qoruyucu şüşə olmasa, ekran cızılmaya məruz qalacaq.

4. Havanın tempraturu

   Telefonları uzunmüddətli işləməsi üçün, vacib nüanslardan biridə ətraf mühütün temprturasıdır. Mobil telefonların (və kompüterlərində) birinci düşməni şaxtalı havadır. Bu zaman telefonun şarjı tez bitir, donu və ya da telefon sönür. Əgər sizin telefonunuz şaxtalı havada donaraq şarjı bitibsə, onu otağa gətirdikdə həmin ana şarja qoşmayın. Telefonunuzu bir az otaq tempraturunda isinməsini gözləyin və sonra onu şarja qoşun. Əks halda siz cihazı donmuş halda şarja qoşduqda, onun mikrosxemasın kondensat əmələ gələ bilər ki, bu cihazın qısa qapanmasına gətirib çıxarda bilər.

5. Cihazın təmizliyi

   Telefonunuzun ekranını təmizləmək üçün, xüsusi salfetlərdən istifadə edin və təmizləyici məhlulla həddən artıq ekranı islatmayın. Yaxşı olar ki, bu prosesi edən zaman telefonunuz sönülü olsun. Həmçinin telefonunuzu tibbi spirt vasitəsilə də təmizləmək məsləhətdir, çünki müəyyən müddət ərzində telefonlarınızda yığılıb qalan mikrobları da bu vasitəilədə təmizləmiş olacaqsınız.

6. Telefonun orqanizminin təmizlənməsi

   Telefonunda daxili sistemi, insan orqanizmi kimidir. Mütamadi olaraq onuda yığılıb qalmış lazımsız fayllarda və zibillərdən təmizləmək lazımdır. Bu proses əsasda "Android" sistemilə çalışan telefonlarda daha çox özünü büruzə verir. Bu işdə sizə müəəyən proqram təminatlarıda kömək edə bilər və yaxud sadəcə telefonlarınızda keşi təmizləmək yetərli olar.

7. Proqram təminatı

   Telefonunuza yalnız sizə lazım olan və etbarlı proqramları yükləyin, əks halda telefonunuz bir zibil yığınacağına çevrilə bilər.

8. Şarj etməyin qaydası

   Telefonunuzun düzgün şarj etmədikdə, onun batareyası tez bir zamanda sıradan çıxacaq. Bunun üçün cihazınız nə həddən artıq şarj edin, nə də onun şarjının "0" faizə düşməsinə imkan verməyin. Ən əsasıda telefonun şarjını yarımçıq şarj etməyin, yəni 50-60% olan zaman şarja qoşmayən. Bu zaman batareyada olan dövrülər öz funksiyasını itirir. Birdə çalışın cihazınızda keyfiyyətli adaptor və USB kabellərdən istifadə edəsiniz.

Sizə uğurlar olsun!

 

Oxunub 207 dəfə Son yenilənmə vaxtı Cümə axşamı, 18 Yanvar 2018 13:17

Şərh yaz

Müştərilərimizin rəyləri

Mən "iTexnik-Servis"-i 2012-ci ildən bər tanıyıram. Əvvəl işlərinə şübhə ilə yanaşmışdım. Amma sonradan işlərinə bələd olduqdan sonra, hər il davamlı olaraq, özümüzün və yaxınlarımın kompüterlərini yalnız bu servisdə təmir etdiririk.
Əsgər Daharov

iTexnik-Servis kompüter avadanlıqlarının təmiri