Zəng sifarişi

Bizə telefon nömrənizi göndərin

Zəng sifarişi

Təşəkkür edirik. Zəng sifarişiniz qəbul edildi.

Noutbukun ekranına qulluq

Demək olar ki, noutbukda ən həssas və ən bahalı hissə onun ekranıdır. Noutbukun qapağını azacıq bərk örtməklə, qapağın üzərindən basdıqda və ya onun üstünə ağır bir əşya qoduqda, onun ekranını sıradan çıxmasına səbəb ola bilər. Ən əsasıda adi bir zərbə, gücündən asılı olmayaraq, ekranın ömrünü bitirməyə bəs edir. Belə səbəblərdən biridə noutbukun yerə düşməsi və ya onu ekranından tutub açmaqdır. Ona görədə bu xoşagəlməz hadisələrdən uzaq olmaq üçün diqqətli olmalıyıq.

Əgər ki, ekranda güclə də olsa işarələr görünür, amma ekran qaranlıqdırsa, onda ekranın işıqlandırma  sistemi sıradan çıxıb. Yox əgər ekranda görüntü tez-tez ititrsə və sonra yenidən bərpa olursa, onda buna səbəb ekranın şleyfi də səbəb ola bilər.

Birdə ekranın üzərindən barmaqlarınızla bərk sıxmayın. Bu ekranda dairəvi ləkələr əmələ gətirəcək və getdikcə ekranın tam sıradan çıxması səbəb olacaq.

Ekranı su dənəcikləridə sıradan çıxarmağa qadirdir. Az bir miqdarda su ekranın nəmişliyinə səbəb ola bilər ki, bu da ekranın sistem kartındakı detalların qısa qapanmasına səbəb olur. Ona görədə ekranı çox suslu dəsmalla silmək qəti qadağandır. Ekranı təmizləmək üçün istifadə etdiyiniz mayeni az bir miqdarda dəsmalın üzərinə səpin və ehtiyyatla ekrandakı ləkələri təmizləyin. Ekranı təmizləmək üçün ən ucuz və əl çatan məhlul "Cam sil" kimi tanıdığımız şüşə təmizləyicini istifadə etmək olar. Noutbukunuz ekranında muğayat olun, çünki o  avadanlığın ən bahalı hissələrindən sayılır. Sizə uğurlar!

 

Oxunub 220 dəfə Son yenilənmə vaxtı Cümə, 05 Yanvar 2018 21:19

Şərh yaz

Müştərilərimizin rəyləri

Əla servisdi. Mən razı qaldım!!!.
Sevinc Həsənova
Sevinc Həsənovaİş adamı

iTexnik-Servis kompüter avadanlıqlarının təmiri