1. İstismar qaydalarını pozduqda
2. İstehsalçı qüsuru
3. Təbii halı
Batareyanın iş qabiliyyətinə təsir edən amillər:
1. İlk öncə batareyanı daimi elektrik cəryanında qoşulu saxlamaq və noutbuk işləyən zamanı daimi elektrik cəryanından ayırmamaq.
2. İşlədilməyən batareyanı 50% -dən aşağı şarjda saxlamaq lazımdır. Onu işlətmədikdə tam olaraq boşaldılması və maksium həddə şarj edilib saxlanılması məsləhət görülmür. İşlədilməyən batareyalar quru və qaranlıq, havanın istiliyi isə 20-22 dərəcə olan məkanlarda saxlanmalıdır.
3. Batareyanı hissə-hissə şarj edilməsi qaydalara uyğun deyil. Batareyanı ilk öncə tam olaraq boşaldıb, sonradan yenədə tam olaraq doldurulmalıdır. Çünki, batareyanın istehsalı zamanı onun yüklənib boşaldılması dövrünün sayı istehsalçı tərəfindən müəyyən edlir. Ancaq siz bu avadanlığı hissə-hissə şarj etdikdə, onun dövrü sayı pozulur və getdikcə öz iş qabiliyyətini itirir. Loru dildə desək, batareyanın beynində qeyd olunub ki, hər zaman 0%-100% kimi şarj etsin, amma biz onu yarımçıq şarj etsək, yəni ki, məsələn batareya 40%-ə düşən zaman biz onu şarja qoysaq, bu zaman avadanlıq 60% şarj etdikdən sonra dayanacaq. Bu hal mütamadi olaraq davam etsə, batareya getdikcə 60%-i tam olaraq şarj edilmiş qəbul edəcək və siz onu 0% zamanıda şarja qoysaz, o yalnız 60% dolaraq onu 100% kimi qəbul edəcək. Bu da avadanlığın işləmə saatını azaladacaq və belə davam etdikcə batareya oz dolma-boşalma funksiyasını itirəcək.
4. İstehsalı çoxdan olunmuş batareyaları almaqdan çəkinin, çünki batareya istehsal olunan gündən, daxilindəki dolgular işləməyə başlayır.
5. Noutbuk işləyən zamanı, batareyanı çıxarmayın. Bu batareyanın xeyrinə deyil.
6. Təbii halda sıradan çıxması. Bu tək amildir ki, istifadəçinin burada heç bir rolu yoxdur.
Siz ən sadə fəndlər vasitəsilə batareyanın ömrünü uzada bilərsiniz. Bunlar aşağıdakılardan ibarətdir:
1. Batareyadakı enerjini çox hissəsini noutbukun ekranı istehlak edir. Bu görüntünün aydın və dəqiq olması üçün vacib amildir. Buna görədə ekranın parlaqlığını mümkün qədər aşağı salmaq lazımdır.
2. Prosessorun düzgün sazlanması. Avadanlıqdakı bu qurğu enerjinin ən çox istehlak edən qurğudur. Ona görədə vacibi işlər görmədiyiniz zaman avadanlığı ekanom rejimə keçirməyiniz məsləhət görülür.
3. Həddən artıq isinmənin qarşısını almaq. Noutbuk elə istifadə olunmalıdır ki, hava axını onu hər tərəfdən əhatə etsin və birdə günəş şüalarından qorumaq.
4. Əgər noutbuk internet şəbəkəyə qoşulmayıbsa, onda avadanlıqdakı wi-fi modulu hər zaman şəbəkə axtarışında olacaq, bu əlavə enerji istehlakına gətirib çıxardır. Bu səbəbə görədə lazım gəlmədikcə bu modulu, noutbukda müəyyən edilmiş düymə vasitəsilə söndürün.
5. Birdə enerjiyə ekanomiya etmək üçün müəyyən funksiyaları bağlamaq olar. Məsələn, Windows Aero və Windows Sidebar funksiyasını.
Əgər bu məsləhətimiz sizlərin işinə yaradısa, onda xahiş edirik bu məqaləni sosial şəbəkələrdə paylaşasınız. Sizə uğurlar!