Zəng sifarişi

Bizə telefon nömrənizi göndərin

Zəng sifarişi

Təşəkkür edirik. Zəng sifarişiniz qəbul edildi.

Kompüterin IP ünvanını necə öyrənmək olar?

 Hər bir kompüter internet şəbəkəyə qoşulmasada belə, onun özünəməxsus bir rəqəmli ünvanı olur. Bu ünvana IP-ünvan deyilir. IP-ünvan local şəbəkədə kompüteri düzənləyən bir rəqəmli yazı rolunu ifadə edir.

   Misal üçün, şəbəkəyə qoşulmamış kompüterin belə bir IP-ünvan var (ip ünvan belə bir ardıcıllıqla yazılır 227.162.1.6), ancaq kompüter şəbkəyə qoşulan zaman ona başqa bir IP-ünvan verilir. IP-ünvanlar dəyişkən (Dinamik IP-ünvan) və yaxud sabit (Statik IP-ünvan) olur. Bu sizin modem vasitəsilə qoşulduğunuz provayderin sizə təqdim etdiyi IP-ünvan dinamik və ya statik olmasından asılıdır.

   Elə zaman ola bilər ki, sizə IP-ünvanınızı bilmək lazım gələr. Bu qaydaları aşağıdakı kimidir. IP-ünvanınızı təyin etmək üçün siz aşağıdakı qaydaları yerinə yetirmək lazımdır:

 

1  İlk növbə “Başlatmaq”(Пуск) menyusuna daxil olursunuz.

1  Açılan pəncərəyə cmd sözünü yazaraq OK düyməsini basırıq

1 Komanda xəttinə ipconfig (Windows 9x ƏS-də winipcfg) sözünü yazıb ENTER düyməsini basırıq.

Bu əməliyyatdan sonra siz belə bir pəncərədə öz IP-ünvanınızı görə biləcəksiniz.

cmd

Şəbəkənizin konfiqurasiyası haqda geniş məlumat əldə etmək istəyirsinizsə, onda ipconfig/all sözünu yazıb ENTER düyməsini basın.

Bu halda siz kompüterinizin fiziki ünvanını, yəni MAC ünvanı və şəbəkə məlumatlarınıda əldə edirsiniz.

Belə ki, bütün bu məlumatları siz qoşulmuş olduğunuz şəbəkənin xassələrindən əldə edə bilərsiniz.

Qeyd:

        1.  IP-address ünvan – 32 dərəcəli ədəd olaraq, onrəqəmli və onaltırəqəmli formada 4 hissə ilə yazılır. Misal üçün:

        111.111.211.23

        127.0.0.1

        192.168.1.5

        2.  Dinamik IP-ünvan computer şəbəkəyə qoşulduqda avtomatik olaraq təyin edilir və seansın sonuna qədər aktiv olaraq qalır. Yeni seans başlayanda isə yeni IP-ünvan təyin edilir.

       3.  Statik (real) IP-ünvan abonentin şəxsi ünvanı olaraq, yalnız ona məxsus olur. Bu tip internetə qoşulma kompüterə imkan verir ki, hər zaman dəyişməz olaraq eyni unvanla internet şəbəkəyə qoşulsun. Bu tip qoşulmanı provayderlər, trafikin oğurlanmasının qarşısını və kiber cinayətin aşkarlanması üçün istifadə edirlər.

Nəticə:

Təklükəsizlik baxımından Dinamik IP ən əlverişli bağlantı sayılır. Cünki, xakerlərin sizing kompüterinizi nəzarətdə saxlamaq və müəyyənləşdirməyi çətinləşdirir. Kim olursa olsun size internetdə izləmək və ya bir zərər vermək olduqca çox çətin olur!

 

Oxunub 622 dəfə Son yenilənmə vaxtı Bazar ertəsi, 06 Noyabr 2017 14:14

Şərh yaz

Müştərilərimizin rəyləri

Əvvəllər bir yerdə çalışmışıq. İşlərinə və dəqiqliklərinə söz ola bilməz.
Nail Abbasov

iTexnik-Servis kompüter avadanlıqlarının təmiri