Zəng sifarişi

Bizə telefon nömrənizi göndərin

Zəng sifarişi

Təşəkkür edirik. Zəng sifarişiniz qəbul edildi.

IT yaranma tarixi

Cəmiyyətin formalaşması minilliklər boyu davam etmiş, müxtəlif ictimai formasiyalar bir-birini əvəz edərək eramızın III minilliyində şahidi olduğumuz səviyyəyə çatmışdır.

Hələlik XX əsr cəmiyyətin ən sürətlə inkişaf etdiyi dövr hesab olunsa da, XXI əsrin ilk illəri bu sürətin daha da artdığını göstərir.

Qeyd edək ki, insan cəmiyyətinin formalaşmasında və sürətlə inkişaf etməsində ən mühüm amillərdən biri də informasiya texnologiyalarıdır.

Məlumdur ki, insan cəmiyyəti formalaşarkən informasiyanın ötürülməsi prosesləri müxtəlif vasitələrlə həyata keçirilmiş, qəbilələr, tayfalar və digər qruplar arasında rabitə yaradılmışdır. Ən qədim dövrlərdə insanlar hündürlükdə tonqal yandırmaqla, çaparlarla, göyərçinlərlə və s. ilə informasiya ötürülməsi prosesini təmin edə bilmişlər. Lakin zaman ötdükcə, insan zəkası inkişaf etdikcə daha mütərəqqi üsullara olan ehtiyac da artır və informasiya texnologiyalarının yaranması üçün labüd şərait yaranırdı.

Bəs informasiya texnologiyalarının yaranma tarixi nə vaxtdan başlayır?

 

Araşdırıcılar kompüter və informasiya texnologiyalarının yaranmasının ilk işartılarını XVII əsrin əvvəllərində - 1623-cü ildə Uilyam Şikkard tərəfindən 7 tərtibli ədədlər üzərində toplama və çıxma əməliyyatlarını aparmağa imkan verən "Hesablayıcı maşın"ın yaradılmasında görürlər.

Bu səs-küylü ixtiradan sonra - 1644-cü ildə Blez Paskal daha da təkmilləşdirilmiş "Hesablayıcı" yaratdı və bu maşın 5 tərtibli ədədlər üzərində riyazi əməliyyatlar aparmağa imkan verdi.

1668-ci ildə Semuel Morland maliyyə əməliyyatları aparmaq üçün istifadə olunan hesablayıcı yaratdı.

Vilhelm Qodfrid fon Leybnits tərəfindən layihələndirilən mexaniki hesablayıcı maşın toplama, çıxma və vurma əməliyyatlarının aparılmasına imkan verirdi.

Nəhayət, 1820-ci ildə Şarl De Kolmarın yaratdığı mexaniki hesablayıcı qurğu - ilk kalkulyator satışa buraxıldı və 90 ildən çox müddət ərzində istehsal olundu.

İlk proqramlaşdırılan kompüter - "Analitik maşın" ideyası 1834-cü ildə Çarlz Bebbic tərəfindən irəli sürüldü və o, 1871-ci ildə kompüterin analitik qurğusunun və çap qurğusunun prototipini yaratdı.

1886-cı ildə isə Dorr Felt verilənləri düymələr (klavişlər) vasitəsilə qəbul edən ilk qurğunu - "komptometr"i yaratmağa nail oldu.

Bundan 4 il sonra - 1890-cı ildə German Hollrit tərəfindən yaradılan qurğudan Amerika Birləşmiş Ştatlarında əhalinin siyahıya alınmasında istifadə olunmuşdur.

İnformasiya texnologiyaları inkişaf etdikcə cəmiyyətin daha geniş miqyasda informasiyalaşmasına da ciddi təsir göstərir və ümumi inkişaf daha mühüm əhəmiyyətə malik olduğunu sübut edirdi.

Artıq XX əsrin əvvəlləri idi. 1835-ci ildə İnternational Business Machines (İBM) firması İBM-601 hesablayıcılarının geniş istehsalına başladı.

1937-ci ildə riyaziyyatçı Alan Tyurinq kompüterin "riyazi model"ini yaratdı və bu ideya sonradan "Tyurinqin maşını" adlandırıldı. Konrad Suze isə 1938-ci ildə Berlində ilk kompüterlərdən sayılan "V1"-i yaratdı.

İkinci Dünya müharibəsi illərində də bu sahədə çalışan alimlər yeni ixtiralar edirdilər. Məsələn, 1943-cü ildə Novard Eyken "ACC Mark 1" maşınını yaratdı. Bu maşın 750 000 elementdən ibarət olmaqla çəkisi 7 tondan çox idi və ondan hərbi məqsədlər üçün - artilleriya cədvəllərinin hesablanmasında istifadə olunurdu. 1945-ci ildə isə Con fon Nyuman dünyada ilk dəfə olaraq xaricdən yüklənən proqramla işləyən kompüterin modelini hazırladı, Mouçli və Ekkert isə ən nəhəng və güclü lampalı kompüteri "ENİAC"-ı yaratdılar.

1947-ci ildə Bell laboratoriyasının əməkdaşları Uilyam Şokli, Con Barden və Uolter Bertteyn tranzistoru ixtira etdilər və bu ixtiraya görə onlar 1956-cı ildə Nobel mükafatına layiq görüldülər.

1949-cu ildə ilk proqramlaşdırma dili "Short Code" yaradıldı.

"Texas instruments" firması 1954-cü ildə tranzistorların istehsalına başladı.

1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "İBM" firması tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.

Depon Bekus 1957-ci ildə "FORTRAN" (FORmula TRANslation) proqramlaşdırma dilini, Cek Kilbi ilə Robert Noys isə 1958-ci ildə müasir mikrosessor bənzəri olan kristal səth üzərində alüminium ilə birləşdirilmiş məntiq elementləri zəncirini yaratdılar.

1960-cı ildə "AT&T" firması kompüterlər arasında verilənlərin ötürülməsi üçün ilk modem qurğusunu yaratdı. Həmin il firmaların birgə marağı və səyi nəticəsində "COBOL" alqoritmik dili və 60-cı illərin ən məşhur dillərindən biri olmuş "ALGOL" yaradıldı.

Duqlas Engelbart 1963-cü ildə ixtira etdiyi manipulyator - maus qurğusuna görə patent aldı, 1964-cü ildə "BASİC" alqoritmik dili yaradıldı, 1967-ci ildə isə "Bir kristalda kompüter" ideyası meydana gəldi.

1968-ci ildə Ueyn Pikett "sərt maqnit diski" ideyasını irəli sürdü, Duqlas Engelvart Stenford Universitetində hipermətn sistemi, mətn redaktoru, maus və klaviatura ilə işi nümayiş etdirdi. Elə həmin il Robert Noys və Qerdon Mur hazırda bütün dünyada məşhur olan "İntel" firmasını yaratdılar.

1969-cu ildə Kennet Tompson və Denis Ritçi "UNİX" əməliyyat sistemini yaratdılar. İlk dəfə iki kompüter arasında əlaqə yaradılı 500 km-lik məsafədə yerləşən kompüterdə "Login" sözünün 2 hərfini qəbul etmək mümkün oldu.

Elə həmin ildə "İntel" firması 1 kb-lik tutumu olan ilk əməli yaddaş sxemlərinin istehsalına başladı, "Xerox" firması isə uzun illər lazer printerlərinin işini təmin edə biləcək "Təsvirin lazerlə köçürülməsi texnologiyası"nı yaratdı.

Nəhayət, 1970-ci ildə ABŞ-ın böyük tədqiqat müəssisələrinin 4 kompüteri ARPANet şəbəkəsində birləşdirildi və bununla da müasir internetin əsasları qoyuldu.

 

Oxunub 228 dəfə Son yenilənmə vaxtı Bazar ertəsi, 06 Noyabr 2017 14:20

Şərh yaz

Müştərilərimizin rəyləri

Əla servisdi. Mən razı qaldım!!!.
Sevinc Həsənova
Sevinc Həsənovaİş adamı

iTexnik-Servis kompüter avadanlıqlarının təmiri