1. NTFS
Üstünlüklər:
- faylların qorunmasında çox etibarlıdır
- boyük həcmli fayllarla işləmək üstünlüyü
Çatışmamazlığı:
- exFAT və FAT32 nisbətdə böyük həcmdə əməli yaddaş (RAM) tələb edir
2. FAT32
Üstünlükləri:
- Az tələb olunan əməli yaddaş (RAM)
- 8 TB qədər məntiqli disklərin istifadəsi
- Orta və kiçik həcmli faylarla işləməyin effektivliyi
Çatışmamazlığı:
- Böyük həcmli fayllarla işləmək qabiliyyətinin çətin olması
- Böyük həcmli fayllara məhdudiyyətin olması (məs: 4 GB-lıq bir fayl)
3. exFAT
Üstünlüklər:
- İcazəli hüququn siyasının dəstəyi
- Flaş kartlarda yaddaş sektoruna informasiyanın üst-üstə yazılması. Bu bir çox flaş yaddaşlarda müəyyən saydan sonra yaddaş yuvasının sıradan çıxmasının qarşısını alır
Çatışmamazlığı:
- exFAT sistemini yalnız Windows XP Service Pack 2 (və ondan yuxarı), Windows Vista Service Pack 2 və Windows 7 əməliyyat sistemləri dəstəkləyir
Nəticə:
İndi qısa bir rəy irəli sürək. Əgər sizin kompüterinizdə Windows XP (SP2 və ondan yuxarı) əməliyyat sistemi işləyirsə, onda siz flaş yaddaş kartınızı exFAT sistemi ilə format etməyiniz məsləhət olardı. Yox əgər siz flash yaddaş kartınızı müxtəlif yerlərdə istifadə edirsinizsə (məsələn: ofisdə, dostlarınız kompüterində və s.), onda ola bilsin ki, format etdiyiniz exFAT sistemi o kompüterlərdəki əməliyyat sistemi ilə uyğunlaşmasın və buna görədə sizə aşağıdakı variantlardan birini təklif edirəm:
- 4 GB həcmə qədər olan flaş yaddaş kartlarınızı FAT32 sistemi ilə format edin
- 4 GB həcmdən çox olan flaş yaddaş kartlarınızı NTFS sistemi ilə forma edin
Bundan sonra mənə elə gəlir ki, indi başa düşəcəksiniz ki, niyə 8 GB həcmdə olan flaş yaddaş kartına 4 GB-lıq faylı köçürmək olmurdu.