Zəng sifarişi

Bizə telefon nömrənizi göndərin

Zəng sifarişi

Təşəkkür edirik. Zəng sifarişiniz qəbul edildi.

Flaş yaddaş kartının profilaktikası

Flaş yaddaş kartı, özü-özıüyündə çox maraqlı bir qurğudur. Xırda bir qurğuda həcmi gigabaytla ölçülən faylları (film, musiqi, şəkil, sənədlər və s.) onun vasitəsilə asanlıqla istənilən yerə daşıyıb köçürmək olar. İnformasiyanın daşınması üçün bu zamanda ən optimal variant flaş yaddaş kartlarıdır. Amma elə vaxtda olur ki, flaş yaddaş kartındakı bu informasiydan istifadə etmək istədiyiniz zaman problemlə üzləşirsiz, yəni  flaş yaddaş kartı göbud desək işləmir. Təbii olaraq bu sizə xoş gəlməyəcək və bu halların qarşısını alamq üçün müəyyən profilaktik işlər görmək lazımdır.

     Elə bu səbəbə görədə mən sizə flaş yaddaş kartlarının müəyyən təmir və profilaktik işləri haqda azda olsa məlumat vermək istərdim.

 İlk öncə flaş yaddaş kartı aldığınız zaman onun örtüyünün hansı materialdan olduğuna fikir verin. Keyfiyyətsiz örtüklə qurğu yerə düşdüyü zaman ucluğu və ya yaddaş çipi xarab ola bilər. İndi bu zamanədə ucluğu düzəltmək olur, amma çip xarab olsa demək olar ki, faktiki o flaş yaddaş kartını istifadə etmək mümkün olmayacaq. Çünki daxilindəki informasiya itmiş olacaq və onuda bərpa etməkdə mümkünsüzdür.

  1. Əgər qurğuda zədələnmiş yer yoxdusa, amma flaş yaddaş kartı hər-hansısa bir avadanlıq tanımırsa, onda nasazlıq logikadadır. Yəni qurğuda fayl sistemi sıradan çıxıb. Bu cür xətalar əsasən kartı qəfildən avadanlıqdan çıxaran zaman baş verir. Bunun qorxusu yoxdu, müəyyən proqramlar vasitəsilə içindəki informasiyaları bərpa etmək olar.
  2. Əgər kart avadanlıqda tanınırsa, amma içindəkilrə daxil olan zaman xəta baş verirsə onda daxilindəki bütün onformasiyaları başqa yerə köçürüb kartı format etmək lazımdır. Bu kartda virusun silinməsində və ya müalicəsindən sonra baş verir.
  3. Kartın sıradan çıxmasına çox zaman cəryanın sabit olmamasından yaranır. Ona görə kartın qoşulduğu avadanlığın gərək yerötürücüsü normal ola.
  4. Əgər kartda informasiya xətalı oxuyursa, onda sizin flaş yaddaş kartınız artıq öz müddətini başa vurub. Ona görə ki, əksər 10 000 sikl yazılma iqtidarındadır. Kobud surətdə hesablasaq hardasa 2 il müddət edir. Buna görədə əksər flaş yaddaş kartlarını 2 ildən bir dəyişmək məsləhət görülür.

 

     Əgər siz karta bir-iki dəfə informasiya yazası olsanız, bilin ki, ondan bu informasiyanı əbədi olaraq istifadə edə bilərsiniz. Hələlik bu qədər. Yeni flaş yaddaş kartı alan zaman diqqətli olun, sizi aldatmağa imkan verməyin. Unutmayın ki, pulu qazanmaq çətin deyil, pulu xərcləmək çətindir. Bir şey alanda keyfiyyəti üstün tutun, ucuzluğu yox. Sizə uğurlar!

Oxunub 238 dəfə Son yenilənmə vaxtı Bazar ertəsi, 06 Noyabr 2017 14:21

Şərh yaz

Müştərilərimizin rəyləri

Əla servisdi. Mən razı qaldım!!!.
Sevinc Həsənova
Sevinc Həsənovaİş adamı

iTexnik-Servis kompüter avadanlıqlarının təmiri