Zəng sifarişi

Bizə telefon nömrənizi göndərin

Zəng sifarişi

Təşəkkür edirik. Zəng sifarişiniz qəbul edildi.

3G modemin düzgün qurulması

3G modem əsasən normal genişzolaqlı internetə qoşulmaq imkanı olmayan zaman və yaxud tez-tez  səfər edən insanların yol boyunca internetdən istifadə edilməsi üçün alınır. Budcə üçün qənaətcil olmayan, keyfiyyətsiz sürətə, müəyyən limitə malik olan və yükləmələr üçün əlverişsiz olmağına görə bu qurğu çoxda sevilmir. Amma müəyyən sazlamalar nəticəsində bu qurğu vasitəsilə azda olsa sürəti gücləndirmək olar. İndi gəlin bu vasitələrin bir neçəsilə tanış olaq:

  1. Hər bir kompüter öz ətrafında maqnit sahəsi və maqnit dalğası yaradır. Modemdə bu dalğanın daxilində qurulur. Bu dalğaları uzaqlaşdırmaq bizim imkanımız xaricimizdədir, amma modemi uzaqlaşdırmaq əlimizdən gələr. Bunun üçün bizə USB uzadıcı lazım olacaq ki, bu da istənilən kompüter və periferiya satılan mağazalarda var.
USB uzadıcının maksimal uzunluğu 1.5 metrdən artıq olmamalıdır(3 metralıq USB uzadıcı məsləhət görülmül, çünki kompüter modemi tanımaya bilər). Modemi USB uzadıcı vasitəsilə kompüterə qoşuruq. Adətən bu əməliyyatdan sonra siqnalın keyfiyyəti dəfələrlə güclənir və internetin serfinqi 3G modemin sürətilə rahat olur.
  • İkinci vasitə də pis effekt vermir. Bu modemin antenasının uzadılmasıdır ki, buna görədə bir çox istehsalçılar bunun üçün modemlərində xüsusi yer ayırırlar. Ancaq kohnə modemlərdə bele yer olmadığına görə gərək modemin daxilinə müdaxilə edib, orada təyin olunmuş yerə antena qoşulsun. Amma bu işi gərək elektronikadan anlayışı olanlar görsün, əks halda qurğuya zərər toxunar və sonradan bu modemin istifadəsi mümkün olmayacq.
  • Üçüncü vasitə çox informasiya texnologoyaları sahəsində çox təcrübəyə malik olan istifadəçilər üçün nəzərda tutlur ki, bu da onunla bağlıdır ki, hər bir Windows əməliyyat sistemində belə bir sazlama var MTU. Bu MTU qəbul edilən paketlərin həcminə nəzarət edir ki, burad da imkan olur ki, 256-dan 4096 kimi say qoymaqla internet sürətinizi yoxlayıb optipal bir sazlama seçmək olar.
  • Dördüncü vasitə, az-az istifadə olunan və xətələb edən bir vasitədir. Bu vasitə modemin beynini yeniləməkdir ki, bunun vasitəsilə siz  modemi  bütün operatorların SİM kartı vasitəsilə işləmək imkanına malik olursunuz. Bu da o deməkdir ki, bilmək olmur hansı yerdə hansı operatorun SİM kartı güclü işləyir. Yəni yaşadığınız bölgədə fəaliyyət göstərən operatorların SİM kartını əldə edərək tez-tez modemdə yoxlayaraq hansının sürətli olmağını təyin etmək lazımdır.
  • Beşinci və sonuncu vasitə, öz operatorunuza zəng edib keyfiyyətsiz sürət haqda məlumat verərək, sürətin artırılması üçün müəyyən tətbirləri gərmələri üçün xahiş edəsiniz. Əgər operator bu tətbirləri görsə, təxminən 15-20 dəqiqədən sonra sürətiniz hiss ediləcək dərəcədə güclənməlidir.
  •  

    Oxunub 212 dəfə Son yenilənmə vaxtı Bazar ertəsi, 06 Noyabr 2017 14:21

    Şərh yaz

    Müştərilərimizin rəyləri

    Mən "iTexnik-Servis"-i 2012-ci ildən bər tanıyıram. Əvvəl işlərinə şübhə ilə yanaşmışdım. Amma sonradan işlərinə bələd olduqdan sonra, hər il davamlı olaraq, özümüzün və yaxınlarımın kompüterlərini yalnız bu servisdə təmir etdiririk.
    Əsgər Daharov

    iTexnik-Servis kompüter avadanlıqlarının təmiri