Zəng sifarişi

Bizə telefon nömrənizi göndərin

Zəng sifarişi

Təşəkkür edirik. Zəng sifarişiniz qəbul edildi.

Biz kimik?

biz kimik

   "iTexnik-Group"-a daxil olan "iTexnik-Servis" 2005-ci ildən Gəncə şəhərində informasiya texnologiyaları sahəsində xidmət fəaliyyətinə başlamışdır. Xidmətlərimiz bir çox sahələrdən ibarətdir. Bunlardan stolüstü kompüterlərin, noutbuk, netbukların və planşetlərin təmiri, aksesuarların sərfəli qiymətlərlə satışı və ya təmiri. Printer və onların katriclərinin təmiri və doldurulması. Silinmiş məlumatların bərpa edilməsi. Avadanlıqların pulsuz vizual diaqnostikası və s.

   Servisimiz elə ilk günlərdən müştərilərinin rəğbətini qazanmağa nail olmuşdur. "iTexnik-Servis" Gəncə və Gəncəbasar əhalisi üçün xidmət göstərir. Bu xidmətlərdən faydalanmaq üçün sadəcə bizimlə sizə uyğun olan vasitələrlə əlaqə saxlaya bilərsiniz. Mərkəzimizdə online, telefon və ya real şəraitdə texniki dəstəklər fəaliyyət göstərir. Siz sadə çətinliklərinizə görə bizə bu üç vasitə ilə müraciət edib, tam pulsuz olaraq müəyyən texniki dəstəklərimizdən faydalana bilərsiniz.

   "iTexnik-Servis" sizin avadanlıqlarınızı sifarişlə elə yerindəcə, evinizdə və ya ofisinizdə diaqnostika edərək sadə nasazlıqları aşkar edib aradan qaldırır. Yox əgər avadanlığın nasazlığı çətin olarsa, mərkəz öz xidməti avtomobili ilə avadanlığı mərkəzə gətirərək təmir etdikdən sonra, avadanlığı sizə uyğun vaxt zamanında gətirərək evinizə və ya ofisinizə təslim edir. Ən əsası budur ki, bu avtomobil xidməti tam pulsuz olaraq göstərilir, siz yalnızca təmir xidmətinin qiymətini ödəyirsiniz. Biz təmir etdiyimiz avadanlıqlara, müəyyən şərtlər əsasında "Zəmanət" talonuda təqdim edirik. Çünki biz işimizi Allah rizası üçün düzgün və halallıqla görürük. Bu səbəbdəndə avadanlıqlarda sonradan baş vermiş hər-hansı bir texniki xəta və ya nasazlığı operativ olaraq aradan qaldırmaq bizim iman borcumuzdur.

 

 

 

 

Sərt (HDD) disklərin bərpası

Servisimizdə proqram təminatı səbəbi ilə sıradan çıxmış sərt disklərin (HDD) bərpası və onun daxilində olan...

Cəryan bloklarının təmiri

Servisimizdə noutbuk, planşet, stolüstü və mobil telefonların cəryan blokunun təmiri də təşkil edilir. Həmçinin bu...

Hər növ kartriclərin doldurulması

Servisimizdə həmçinin hər növ kartriclərin doldurulması və ehtiyyat hissələrinin yenilənməsini təşkil edirik. Biz bu xidməti...

Noutbukların tozdan təmizlənməsi

Əziz müştərilərimiz, bildiyiniz kimi işlədilən bütün növ avadanlıqlar, bir müddəttən sonra, mühitə uyğun olaraq müəyyən...

İnternet klubların qurulması

Əziz müştərilərimiz, iTexnik-Servis vətəndaşlarımızın özəl bizneslərinə böyük önəm verdiyi üçün, sizlərin internet klublarınızın modernzasiyası xidmətimizdə...

Video montaj stolunun qurulması

Hörmətli video sevənlər, əgər siz bu sahədə məsləhət və peşəkar xidmətə ehtiyac duyursunuzsa, onda biz...

«
»

button


 

Müştərilərimizin rəyləri

Mən "iTexnik-Servis"-i 2012-ci ildən bər tanıyıram. Əvvəl işlərinə şübhə ilə yanaşmışdım. Amma sonradan işlərinə bələd olduqdan sonra, hər il davamlı olaraq, özümüzün və yaxınlarımın kompüterlərini yalnız bu servisdə təmir etdiririk.
Əsgər Daharov

iTexnik-Servis kompüter avadanlıqlarının təmiri